AZ

İsmayıllıda yeni istifadəyə verilən Talıstan liseyinə direktor təyinatı olub

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

İsmayıllı şəhərində internat tipli "Talıstan" liseyinə direktor təyinatı olub.

Bakıvaxtı.az-ın məlumatına görə, liseyə Elçin Məmmədov gətirilib.

E.Məmmədov bu vəzifəyə qədər İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, Prezidenti İlham Əliyev bu il mayın 26-da lisey binasının açılışında iştirak edib. 1296 şagird yerlik lisey də "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
1
bakivaxti.az

2Mənbələr