AZ

Türk ölkələri ilə bağlı Trampa çağırış edildi

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ konqresmenləri Sidni Kamlaqer-Dou və Bill Hauzen Prezident Donald Trampa məktub göndərərək onu diplomatik forumun 10 illiyi münasibətilə Vaşinqtonda C5+1 liderlərinin sammitini keçirməyə çağırıblar.

Teleqraf xəbər verir ki, 2015-ci ildə yaradılmış C5+1 forumu ABŞ-nin beş Mərkəzi Asiya dövləti - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla təmasları üçün çoxtərəfli platformadır.

Məktubda konqresmenlər vurğulayırlar ki, forumun yubileyi Mərkəzi Asiya ilə əməkdaşlığı gücləndirmək və ABŞ-nin regionda təhlükəsizlik, iqtisadiyyat, yumşaq güc və idarəetmə sahələrində strateji maraqlarını inkişaf etdirmək üçün unikal imkandır.

Konqresmenlərin məktubunda deyilir: “Prezidentin C5+1 sammitində şəxsən iştirakı forumun 10-cu ildönümünü mühüm diplomatik məqama çevirə və ABŞ-Mərkəzi Asiya münasibətlərinin növbəti onillik üçün istiqamətini müəyyən edə bilər”.

Qanunvericilər həmçinin administrasiyanı sammitdən konkret nəticələr ələ etməyə və Mərkəzi Asiya ilə uzunmüddətli əməkdaşlığı gücləndirəcək sazişlər hazırlamağa çağırıblar.

Seçilən
70
2
teleqraf.com

3Mənbələr