AZ

“Heç-heçə edə bilərdik” – Qurban Qurbanov

Çempionlar Liqasında səfərdə “Atletik”ə uduzan “Qarabağ” Azərbaycana qayıdıb.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov havalimanında jurnalistlərin suallarını cavablandırıb. O, qarşılaşmanı belə şərh edib:

“Oyunçular bir daha böyük futbolun nə olduğunu gördülər. Çox yaxşı atmosferdə çıxış etdilər. Azarkeşlərin həddindən artıq təzyiqi var idi. Razı qaldığım məqam odur ki, sona kimi vuruşdular. Əlbəttə, səhvlərimiz də oldu. Məğlub olmamaq imkamız var idi. Penalti və digər yaxşı epizodlarımızı nümunə göstərə bilərik. Heç-heçə edə bilərdik. Ancaq ümumən futbolçular böyük komandalara qarşı oynamağı bacardıqlarını göstərdilər”.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasında 6 xalla 13-cü sırada qərarlaşıb.

Seçilən
59
1
idmanxeber.az

2Mənbələr