AZ

"Meta" 600 nəfəri işdən çıxarır

"The New York Times"qəzetinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, belə bir addım şirkətin son illərdə Sİ imkanlarını artırmaq məqsədilə kadr toplaması fonunda gözlənilməzdir."The Wall Street Journal"qəzeti isə yazır ki, ixtisara salınan əməkdaşların böyük hissəsinə "Meta"nın digər departamentlərində iş təklifi irəli sürüləcək.

Sİ departamentinin baş direktoru Aleksandr Vanqın adından işçilərə göndərilən bildirişdə verilən qərarın "məhsuldarlığı artırmaq məqsədi daşıdığını" vurğulanır. "Meta" mövzu ilə əlaqədar hələ ki rəsmi açıqlama yaymayıb, eyni zamanda, mətbuatın suallarına cavab verməyib.
"Amazon" yüz minlərlə işçini robotla əvəzləyəcək

Son dövrlərdə "Meta" ilə yanaşı müxtəlif sahələr üzrə ixtisaslaşmış bir çox şirkət Sİ hesabına özünün canlı işçi qüvvəsində ixtisarlara gedir. Bu minvalda ABŞ-də fəaliyyət göstərən dünyanın ən böyük onlayn satış şirkəti "Amazon" da yaxın gələcəkdə təqribən 600 min əməkdaşını işdən çıxararaq, onları robotlarla əvəzləməyi planlaşdırır. Maraqlıdır ki, qənaət məqsədilə robotları canlı insan qüvvəsinə dəyişən şirkət bu niyyətini ictimaiyyətdən gizlətməyə, "robot" və "süni intellekt" ifadələri öz məlumatlarında "yüksək avtomatik texnologiya" adı ilə göstərməyə çalışır.

Firudin Həmidli
AzVision.az
Seçilən
14
1
azvision.az

2Mənbələr