AZ

Kareliyada Ukrayna agenti saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ukrayna kəşfiyyatına işləyən şəxsi saxlayıblar. Kareliyadan olan şəxs Rusiya hərbi birləşmələrinin yerləşdirilməsi ilə bağlı məlumat ötürməkdə şübhəli bilinir.

Herbiand.az bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“Kareliya Respublikasında regionda təxribat fəaliyyətinin təşkilində Ukrayna xüsusi xidmət orqanlarına yardımla məşğul olan 1980-ci il təvəllüdlü Rusiya vətəndaşının qanunsuz fəaliyyəti dayandırılıb”, - məlumatda deyilir.

Saxlanılan şəxs Telegram messenceri vasitəsilə ukraynalı kuratorla əlaqə saxlayıb. Kuratorun göstərişi ilə o, Rusiya Silahlı Qüvvələri bölmələrinin yerləşdirilməsi ilə bağlı kəşfiyyat məlumatları toplayıb və mümkün terror aktı üçün dəmir yolu körpüsündə kəşfiyyat aparıb.

Şübhəli şəxs günahını tamamilə etiraf edib.

Faktla bağlı cinayət işi açılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
76
herbiand.az

1Mənbələr