Bakı. Trend:
Azərbaycan 30 oktyabr – 2 noyabr tarixlərində İtaliyaRespublikasının Paestrum şəhərində keçiriləcək “27-ci Aralıq dəniziArxeoloji Turizm Mübadiləsi” beynəlxalq turizm sərgisində iştirakedəcək.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumatverilib.
Bildirilib k, sərginin başlıca məqsədi arxeoloji park və muzeyləritanıtmaq, arxeoloji turizm və marketinq istiqamətlərini təşviqetmək, mövsümu turizmdən asılılığı azaltmaq və iqtisadi imkanlarıgenişləndirməkdir. İtaliyanın Mədəniyyət Nazirliyi, TurizmNazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi,Regionlar və Muxtar Vilayətlər Konfransı və İtaliyaBələdiyyələrinin Milli Assosiasiyasının himayəsi ilə keçiriləntədbir UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindənmədəniyyətlərarası dialoq sahəsində ən uğurlu layihələrdən hesabolunur.
Vurğulanıb ki, turizm sərgisində Azərbaycanın müxtəlif arxeolojiirs abidələri və onların turizm potensialının nümayişi məqsədiləmüvafiq stendin qurulması, müvafiq təbliğat xarakterli məlumatlarınverilməsi nəzərdə tutulur.
"27-ci Aralıq dənizi Arxeoloji Turizm Mübadiləsi" beynəlxalqturizm sərgisi (“Borsa Mediterranea del Turismo Archeologico”:https://www.borsaturismoarcheologico.it/en/) beynəlxalq miqyasdatanınmış ixtisaslaşmış platformadır və hər il yüzlərlə ölkədənturizm qurumlarını, dövlət və özəl sektor nümayəndələrini, həmçininalim və ekspertləri bir araya gətirir. Tədbirdə iştirak Azərbaycanüçün turizm sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, arxeolojiturizmin inkişafına dair yeni ideyaların tətbiqi, həmçininölkəmizin UNESCO Dünya İrs Siyahısında yer alan və namizədlikstatusu daşıyan abidələrinin təbliği baxımından mühüm fürsətləraçır. Bu, Azərbaycanın beynəlxalq turizm əməkdaşlığındamövqelərinin möhkəmləndirilməsinə və ölkəmizin arxeoloji turizmirsinin dünyada daha geniş tanıdılmasına töhfə verəcək.