AZ

Avropa Komissiyası Ağ Evin qərarını alqışladı

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Tramp administrasiyasının Rusiyanın “Rosneft”, “Lukoyl” və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarını alqışlayıb.

NOCOMMENT.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti bu barədə X sosial şəbəkəsində bəyanat paylaşıb.

Fon der Lyayen qeyd edib ki, bununla bağlı ABŞ-nin maliyyə naziri Scott Bessentlə danışıb.

“Aİ-nin 19-cu sanksiya paketinin gözlənilən qəbulu ilə birlikdə bu, hər iki tərəfdən təcavüzkara kollektiv təzyiqi davam etdirdiyimizə dair aydın siqnal olacaq”, – Ursula fon der Lyayen vurğulayıb.

Xatirə SADİQ

Seçilən
76
nocomment.az

1Mənbələr