AZ

"ABB"-yə məxsus qızıl-zinət əşyaları hərraca çıxarılır

BAKI, 23 oktyabr. TELEQRAF

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 49 ədəd müxtəlif növ qızıl-zinət əşyaları noyabrın 27-də hərraca çıxarılacaq.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 583, 585, 720 və 750 əyyarlıq, ümumilikdə 625,75 qram ağırlığında zinət əşyalarının start qiyməti 337 manatdan 17 500 manata qədər dəyişir.

Qızıl-zinət əşyalarına baxış hərracın keçirilmə tarixinədək hər həftənin çərşənbə və cümə günləri saat 10:00-12:00-a kimi keçirilir.

Qeyd edək ki, hərracda iştirak etmək üçün öncədən 10 faiz beh tələb olunur. Beh "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına köçürülməlidir.

Seçilən
74
teleqraf.com

1Mənbələr