AZ

Paşinyan Vaşinqton razılaşmasının konkret nəticələr verdiyini bildirib

Ermənistan yavaş-yavaş təcrid vəziyyətindən çıxır.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, Azərbaycanın Ermənistana qoyduğu məhdudiyyətləri aradan qaldırmasının artıq iki gündür ölkədə müzakirə olunduğuna diqqət çəkib.

Paşinyan Tbilisidə “İpək yolu” beynəlxalq konfransında Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarına görə minnətdarlığını ifadə etdiyini və onu yüksək qiymətləndirdiyini xatırladıb.

Baş nazir bu addımın çox önəmli olduğunu qeyd edib.

Paşinyan Vaşinqtonda verilən bəyanatların və əldə olunan razılaşmaların sadəcə söz olmadığını, konkret nəticələr verdiyini vurğulayıb.

Seçilən
78
1
apa.az

2Mənbələr