AZ

Gələn il orta aylıq əməkhaqqı 69 manat 20 qəpik atracaq

2026-ci il Azərbaycanda orta aylıq əməkhaqqı 1 171 manata, 2027-ci ildə 1 247 manata, 2028-ci ildə isə 1 328 manata, 2029-cu ildə isə təxminən 1 412 manata çatacaq.

Anews.az-ın əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Əhalinin gəlirləri 2025-ci ildə 89,9 milyard manatdan 2029-cu ildə 123,2 milyard manata yüksələcək.

Xərclərin həcmi eyni dövrdə 88,1 milyard manatdan 120,6 milyard manata qədər artacaq.

Hökumətin iqtisadi proqnozlarına görə, əsas kapitala investisiyalar 2026-cı ildə 6,9%, 2027–2029-cu illərdə isə orta illik 2,9% artacaq. Qeyri-neft qaz sektorunda artım tempi 1,1–4,8% aralığında dəyişəcək.

Gülnar Nazimqızı 

Seçilən
84
anews.az

1Mənbələr