AZ

“Vaşinqton bəyannaməsi konkret nəticələr verir” - Paşinyan

“Yaxın gələcəkdə əsaslı dəyişikliklər baş verəcək, xüsusən indi biz məmnunluqla qeyd etməliyik ki, Ermənistan blokadadan addım-addım çıxır”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökümətin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması qərarı Ermənistanın blokadadan çıxması deməkdir.

"İki gündür müzakirə olunur ki, Azərbaycan Ermənistana ixrac məhdudiyyətlərini aradan qaldırdığını elan edib və Tbilisidə keçirilən İpək Yolu konfransı zamanı mən Azərbaycan Prezidentinin bu qərarını təqdir etdiyimi bildirdim və bu qərarı alqışladım. Mən burada da eyni şeyi etmək istəyirəm, çünki bu, çox mühüm qərardır və bu, Vaşinqton bəyannaməsi və əldə olunan razılaşmaların sadəcə bəyannamə olmadığını, konkret nəticələr verdiyini göstərir".

Daşqın HəsənovMissiya.Az

Seçilən
77
2
missiya.az

3Mənbələr