ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin arasında görüş planlaşdırılıb.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, dövlət başçıları Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəklər.
Tədbir oktyabrın 31-dən noyabrın 1-dək baş tutacaq.
Məlumata görə, Tramp Çinin Rusiyadan neft almasını Çinpinlə müzakirə etmək niyyətindədir.
"Çin nümayəndə heyətinin üzvləri ilə Rusiya-Ukrayna münaqişəsini neft, enerji və ya başqa yolla necə həll edə biləcəyimizi danışacağam ", - deyə Tramp bildirib.
Amerika lideri çinli həmkarının onun mövqeyini qəbul edəcəyinə əminliyini də vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.