Rusiya ABŞ ilə Ukrayna münaqişəsinin siyasi həllinə dair dialoqun davam etdirilməsinə heç bir maneə görmür.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova lenta.ru-ya açıqlamasında bildirib.
“Biz Rusiya və ABŞ prezidentləri tərəfindən başlanmış Ukrayna nizamlanmasının siyasi çərçivələrinin razılaşdırılması və onların konkret nəticələrlə doldurulması prosesinin davam etdirilməsinə ciddi maneələr görmürük”, - deyə Zaxarova vurğulayıb.
XİN rəsmisinin sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələr “çətin və dəqiq diplomatik iş” tələb edir. O qeyd edib ki, belə işlər “mikrofon arxasında, sızmalar və ya təxribatlar vasitəsilə deyil”, diplomatik səylər və danışıqlar yolu ilə aparılır.
Aytəkin TOFİQQIZI