AZ

“Airbus”, “Leonardo” və “Thales” birgə peyk konserni yaradır

Bakı, 23 oktyabr, AZƏRTAC

Avropanın “Airbus” təyyarə istehsalçısı, Fransanın “Thales” hərbi sənaye şirkəti və İtaliyanın “Leonardo” korporasiyası əsas sahələrini və törəmə şirkətlərini birləşdirmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, üçlük artıq bir ildən çoxdur “Bromo Layihəsi” adı altında mənfəəti olmayan peyk sahələrini birləşdirmək üzərində çalışır. Bu sahənin pionerləri olan şirkətlər İlon Maskın “SpaceX” və Çinin peyk şirkətlərinin orbitə daha ucuz peyklər çıxarması səbəbindən liderliyini itiriblər.

2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılan yeni şirkət təxminən 6,5 milyard avro dövriyyəyə malik olacaq və orada 25 minə yaxın işçi çalışacaq.

“Airbus” yeni konserndə 35 faiz, digər iki tərəfdaş isə hər biri 32,5 faiz paya sahib olacaq.

Seçilən
97
1
azertag.az

2Mənbələr