AZ

Gürcüstanda əcnəbilər üçün yeni qaydalar qüvvəyə minib

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə sığınacaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün xüsusi mərkəzlərin fəaliyyətinə dair yeni qaydalar müəyyən edib.

Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, sığınacaq axtaran şəxs mərkəzə qəbul üçün ərizə təqdim etməli, maliyyə və əmlak vəziyyəti yoxlanıldıqdan sonra qərar 24 saat ərzində verilir. Qərardan sonra şəxsə mərkəzə getmək üçün üç gün vaxt verilir.

Bildirilir ki, əlillər və müstəqil səyahət edə bilməyənlər üçün nəqliyyat təmin olunur.

Mərkəzlərdə sığınacaq axtaranların əşyaları yoxlanılır. Odlu silahlar, alkoqollu içkilər, partlayıcı maddələr, narkotiklər və digər təhlükəli əşyaların gətirilməsi qadağandır.

Sakinlər cinslərinə görə ayrılmış otaqlarda qalır, eyni ailənin üzvləri isə bir otağı paylaşır. Hər kəs yataq dəsti, şəxsi gigiyena vasitələri və ərzaq paketi (ət konservləri, un, lobya, düyü, makaron və s.) ilə təmin olunur.

Sığınacaq üçün müraciəti rədd edilən və ya qaydaları pozan şəxslər mərkəzdən çıxarılır. Qaçqın statusu və ya əlavə müdafiəyə ehtiyacı olan şəxs statusu verilənlərə Gürcüstanda mənzil tapmaq üçün bir ay vaxt verilir.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
icma.az

1Mənbələr