AZ

Beynəlxalq səyyahlar Füzulidə minatəmizləmə prosesini izləyiblər- FOTO - YENİLƏNİB

Beynəlxalq səyyahları Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Füzuli rayonunda olublar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Füzulinin işğaldan azad edilmiş Horadiz kəndinə gələn səyyahlar ərazidə aparılan minatəmizləmə əməliyyatları ilə tanış olub.

Onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib. Həmçinin ANAMA əməkdaşlarının təmizləmə əməliyyatlarının icra edilməsi müşahidə olunub.

Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nəzərdə tutulur.

***

12.44

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Şuşa şəhərindən sonra Füzuli rayonuna səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, beynəlxalq səyyahlar Füzuli rayonu ilə tanış olur.

Heyət bu gün Şuşada, ötən gün Ağdam, Xankəndi, Laçında olub.

Beynəlxalq
Seçilən
58
1
apa.az

4Mənbələr