AZ

Dərman vasitələrinin adları ilə bağlı meyarlar və qaydalar təsdiq edilib

BAKI, 23 oktyabr. TELEQRAF

“Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və Qaydası” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu sənəd “Tibbi sığorta haqqında” Qanununun 15-17.3-1-ci maddəsinə əsasən hazırlanıb və dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarlarını və qaydasını müəyyən edir.

Həmçinin bu sənəddə istifadə olunan digər anlayışlar qanunda Azərbaycanın digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Seçilən
13
teleqraf.com

1Mənbələr