AZ

Mingəçevirdə kanalda batan şəxsin meyiti tapıldı

Yuxarı Qarabağ suvarma kanalının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki , batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, Mingəçevir şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov dünən Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batmışdı. Onun ehtiyatsızlıqdan suya düşdüyü ehtimal olunur. (Report.az)

Seçilən
87
21
paralel.az

10Mənbələr