AZ

Paşinyan: Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar konkret nəticələr verən bəyannamələrdir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı Ermənistanın tədricən blokadadan çıxması deməkdir".

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.

"Tezliklə iqtisadiyyatımızın strukturunda köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığına dair bəyanatı ətrafında müzakirələr gedir. Bu, çox mühüm qərardır və göstərir ki, Vaşinqton bəyannaməsi və əldə edilmiş razılaşmalar sadəcə bəyannamə deyil, bunlar konkret nəticələr verən bəyannamələrdir", - deyə Paşinyan qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
oxu.az

1Mənbələr