AZ

Xankəndidə keçirilən QHT Forum həm tarix, həm də birlik mesajıdır

Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu sadəcə bir toplantı deyildi, bu, həm də Azərbaycan xalqının iradəsinin, birliyinin və bərpa olunmuş ədalətin rəmzidir. Xankəndidə belə bir tədbirin keçirilməsi həm simvolik, həm də tarixi hadisədir.

Qeyri-hökumət təşkilatlarının orada bir araya gəlməsi göstərdi ki, Azərbaycan cəmiyyətinin bütün təbəqələri artıq Qarabağda həyatın bərpası prosesində fəal iştirak edir. Əməkdaşlıq Forumu həm bir platforma, həm də yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Orada səslənən çıxışlar, təqdimatlar və ideyalar göstərdi ki, artıq Xankəndi təkcə azad olunmuş şəhər deyil, həm də yenidənqurulmanın, milli həmrəyliyin mərkəzinə çevrilir.

Tədbirin bədii hissəsi də maraqlı oldu forumun sonunda keçirilən bədii hissə Vətən və Qələbə nəğməsi idi. Rəqs kollektivlərinin çıxışları, sonda bütün iştirakçıların yallı oynamağı isə çox təsirli an idi. Bu, təkcə mədəni proqram deyildi, bu, millətin ruhunun bir səhnədə canlanması idi.

Mən inanıram ki, bu cür tədbirlər QHT-lərin fəaliyyətinə yeni nəfəs verəcək. Xankəndidə keçirilən bu forum gələcəkdə həm yerli, həm də beynəlxalq əməkdaşlıq üçün bir nümunə olacaq. Ən önəmlisi isə odur ki, bu gün Qarabağda artıq sülhün, inkişafın, vətəndaş cəmiyyətinin səsi eşidilir.

 

 

Tural Nurməmmədov

“Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri

Seçilən
55
qht.az

1Mənbələr