AZ

Keçmiş icra başısı: “Ramiz Mehdiyev bizim rayonda seçkinin nəticəsini ləğv etdirdi”

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“2006 - 2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı olduğum dövrdə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev ildə bir dəfə bütün şəhər və rayon icra hakimiyyətinin başçılarını toplayıb tədbirlər keçirirdi. 

Tədbirlərdə gündəlikdə olan məsələlərlə bağlı məsul şəxslər danışdıqdan sonra Ramiz Mehdiyev zala müraciət edirdi ki, kimin sözü var? Hər tədbirdə mən əlimi qaldırıb çıxış edirdim və Naftalandakı problemləri deyirdim. O dövrdə işləyən icra başçıları və PA-nın işçiləri bunun şahidi olub. 

Tədbirdən sonra mənə yaxın icra başçıları mənə yaxınlaşıb deyirdilər ki, sən Ramiz müəllimin qarşısında çıxış etməyə qorxmursan? 

Mən də cavab verirdim ki, mən niyə qorxmalıyam ki? Bəlkə sizin probleminiz yoxdur, Naftalanda isə problemlər var: ərazi problemi, qaçqınların problemi, sanatoriyaların problemi və sairə . Ona görə də imkan yaranıb və mən onları deməliyəm”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Naftalanın sabiq icra başçısı Musa Musayev deyib.

O bildirib ki, 2009-cu ilin dekabrın 15-də bələdiyyə seçkilərindən əvvəl bütün rayon və şəhər icra hakimiyyətlərinin başçıları PA-na toplanıb: 

“Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda YAP-ın icra katibi və müavinləri, MSK-sədri və katibləri, PA-nın bütün şöbə müdirləri iştirak edirdilər. Proqram üzrə çıxışlar qurtardıqdan sonra Ramiz Mehdiyev üzünü mənə tutaraq soruşdu  ki, kimin sözü var? Mən ayağa qalxdım, bildirdim ki, Naftalanda bələdiyyə seçkiləri baş tutmayacaq, səbəblərini açıqladım. 

Dairə Seçki Komissiyasındakı qanun pozuntusunu, YAP Naftalan təşkilatındakı daxili problemi və PA tərəfindən mənə olan təzyiqi vurğuladım... Nəhayət, dekarın 23-də bələdiyyə seçkiləri keçirildi və mənim dediklərim öz təsdiqini tapdı. 

Aidiyyəti qurumlar öz çirkin əməllərini ört- basdır etməkdən ötrü, o cümlədən Ramiz Mehdiyev başda olmaqla PA-nın məsul şəxsləri MSK-ya təzyiq edərək bələdiyyə seçkisinin nəticəsini Naftalanda ləğv etdirdilər.Çoxları üçün maraqlıdır ki, Naftalanda bələdiyyə seçkiləri niyə ləğv olundu?” 

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
8
cebheinfo.az

9Mənbələr