BAKI, 23 oktyabr. TELEQRAF
“Bavariya” Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, Münhen klubu bu göstəriciyə mövsümə ardıcıl 12 qələbə ilə başlayaraq nail olub.
Avropanın “Top-5” liqası komandaları arasında isə oxşar seriya yalnız İtaliyanın “Milan” klubuna məxsus olub. İtaliyalılar 1992/1993 mövsümündə ardıcıl 13 oyunda qalib gəliblər.
Qeyd edək ki, “Bavariya” cari mövsümdə Bundesliqada 7, UEFA Çempionlar Liqasında 3, Almaniya Kuboku və Superkubokunda isə bir qələbə qazanıb.