AZ

Ailəsi ilə düşdüyü qəzadan yazdı Başıma 12 tikiş atdılar

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün yenicə ana olan türkiyəli aktrisa İrem Helvacıoğlu həyat yoldaşı və qızı ilə qəzaya düşüb.

Axşam.az-ın məlumatına görə aktrisa hadisə ilə bağlı paylaşım edib.

"Arxamızda baş verən qəza nəticəsində motosiklet bizi səkidə sürüdü. O anda qızım Sora qucağımda idi. Ona bir şey olmasın deyə bərk tutmuşdum. Düşəndə başım yerə dəydi. Aldığım xəsarətdən başıma 10-12 tikiş atıldı. Bundan əvvəl yaşadığım qəza səbəbindən əlimdəki sinirlərdə olan zədə daha da artdı. Həyat yoldaşım Ural da xəsarət aldı. Ən böyük şükrümüz qızımızı qoruya bilmiş olmağımızıdır. 

Yaşanan bu hadisənin təkrarlanmaması və hadisəni törədənlərin cəzasız qalmaması üçün hüquqi prosedur başladacağıq" deyə,o, bildirib.

Qeyd edək ki, İrem hamiləliyin son aylarında yıxılaraq boynundan da zədə almışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
2
axsam.az

3Mənbələr