ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xaçmazda körpə ölümü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, rayon sakini 1985-ci il təvəllüdlü qadın doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılan zaman ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına üçün avtomobildə qalaraq vaxtında xəstəxanaya çata bilməyib.
Nəticədə VAZ-2110 avtomobilində doğuş baş verib. Yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Qadın isə Xaçmaz RMX-yə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.