AZ

Jirinovskinin iqamətgahı satışa çıxarıldı: "Dodaq uçuqladan" qiymət

Rusiya Liberal Demokrat Partiyasının mərhum lideri Vladimir Jirinovskinin iqamətgahı satışa çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, iqamətgah 800 milyon rubla (təxminən 16 milyon 737 min 600 AZN) satılır.

Kuzminkidə yerləşən sarı-narıncı rəngli daşınmaz əmlak 5000 kvadratmetrdən çox ərazini tutur.

Köşk dörd binadan, 50 avtomobil üçün dayanacaqdan və hətta meşədən ibarətdir. İnteryer "90-cı illərin" ruhunu saxlayır: yumşaq divanlar, kilimlər və mebellər. Kompleksin altındakı torpaq sahəsi 2052-ci ilə kimi icarədədir.

Seçilən
93
publika.az

1Mənbələr