AZ

Aİ-nin 19-cu sanksiyalar paketinə nələr daxildir?

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi “Rusiya banklarına, kriptovalyuta birjalarına, Hindistan və Çindəki təşkilatlara” təsir edəcək, həmçinin “sabitliyi pozmaq cəhdlərinə qarşı” rus diplomatlarının hərəkətini məhdudlaşdıracaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X media platformasında yazıb.

“Bloomberg” yazıb ki, sanksiyalar Rusiyaya bu məhdudiyyətlərdən yayınmağa kömək edən 45 təşkilata, o cümlədən Çin və Honq Konqdakı 12 şirkətə qarşı yönəlib. İstifadə olunmuş Rusiya gəmi və təyyarələrinin təkrar sığortası qadağan ediləcək. Bundan başqa, Rusiyanın beş bankı ilə əməliyyatlara qadağa qoyulub, Belarus və Qazaxıstanda Rusiyanın elektron ödəniş sistemləri və üçüncü ölkə bankları ilə əməliyyatlara qadağalar genişləndirilib.

Agentliyin məlumatına görə, paketə 2027-ci ildən LNG idxalına qadağa və daha 117 “kölgə donanması” gəmisinə qarşı sanksiyalar daxildir. Aİ, həmçinin adları açıqlanmayan iki böyük Rusiya neft şirkəti ilə əməliyyatlara qoyulan qadağaları sərtləşdirəcək.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi dünən axşam saatlarında Rusiyanın “Likoil” və “Rosneft” kimi nəhəng neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

“Kommersant” qeyd edib ki, Rusiya diplomatlarının hərəkətinə qoyulan məhdudiyyətlərin necə gerçəkləşdiriləcəyinə aydınlıq gətirilməyib.

“The Financial Times” xəbər verir ki, rusiyalı diplomatlardan yerləşdikləri ölkənin sərhədlərini keçmələrindən əvvəl xarici hökumətləro planlaşdırdıqları səfərlər barədə məlumatlandırmaları tələb olunacaq.

Kreml və Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri görəcəklərinə söz verib.

Xatirə SADİQ

Seçilən
43
nocomment.az

1Mənbələr