AZ

“Türkiyənin nefti və qazı yoxdur, amma onların vəziyyəti bizdən yaxşıdır” - Pezeşkian

“Türkiyənin nefti və qazı yoxdur, amma onların vəziyyəti bizdən yaxşıdır”.

Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüşündə çıxışı zaman deyib.

"Türkiyənin nefti, qazı yoxdur, Yaponiya və Koreyanın da yoxdur. Onlar neft alırlar, amma bizdən daha yaxşı vəziyyətdədirlər, həyat şəraiti də çox yaxşıdır. Neftimiz, qazımız var, amma acıq. Problemlərimiz var. Bəs problem haradadır?", - deyə siyasətçi vurğulayıb.

Pezeşkian qeyd edib ki, necə olur ki, biz neft və qaz satırıq, amma xalq əziyyət çəkir? Bu bizim günahımızdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
1
missiya.az

2Mənbələr