Argentinanın xarici işlər naziri Qerardo Verteyn istefa verib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Argentina mediası məlumat yayıb.
Verteynin istefası ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Argentina Prezidenti Xavyer Miley ara seçkilərdən sonra kabinet dəyişikliklərinin olacağını bildirib.
Verteynin istefası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Yerli media Verteynin bazar günü keçirilən ara seçkilərdən sonra vəzifəsindən ayrılacağını,lakin onun yerinə kimin gələcəyi barədə dəqiq bir məlumatın olmadığını yazmışdı.
Qeyd edək ki, Argentina prezidenti Xavyer Miley ara seçkilərdən sonra kabinetdə dəyişikliklərin olacağını açıqlamışdı.