ABŞ-da mamoqrafiya müayinəsində süni intellekt dövrü başlayıb. Ölkədə bir çox tibb mərkəzləri döş xərçənginin müayinəsində süni intellekt texnologiyasından istifadə edirlər.
Publika.az xəbər verir ki, Kaliforniya Universitetinin tədqiqatçıları diaqnostika prosesini sürətləndirmək üçün süni intellektdən istifadə edərək pilot tədqiqatlar aparırlar.
Proqram milyonlarla mamoqrafiya təsvirindən öyrənərək, xərçəngli və xoşxassəli toxumaları ayırd edə bilir və şübhəli halların prioritetləşdirilməsinə imkan verir. Süni intellekt sayəsində mamoqrafiyadan biopsiyaya qədər olan orta vaxt 73 gündən 9 günə enib.
Mütəxəssislər qeyd edirlər ki, bu sürət xəstələr üçün, xüsusən də sıx müayinə mərkəzlərində kritik fərq yarada bilər.