AZ

Daha bir FİFA referisi “Qarabağ”ın oyunundan danışdı AÇIQLAMA

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çempionlar Liqası Liqa mərhələsinin III turunda “Qarabağ” səfərdə “Atletik”ə məğlub olub – 1:3.

Görüşün ikinci hissəsində ev sahibi komandanın üzvü Yuri Berçiçinin Mateus Silvaya qarşı cərimə meydançasındakı müdaxiləsi müzakirələrə səbəb olub.

Təmsilçimizin penalti gözlədiyi epizodda xorvatiyalı hakim davam qərarı verib. Epizodu şərh etməsi üçün sabiq FİFA referisi Selçuk Dereliyə müraciət etdik:

“Məncə, bu epizodda penalti qərarı verilməli idi, çünki “Atletik”li futbolçu sürüşərkən diziylə “Qarabağ”lı oyunçunun sağ ayağını vurur. Futbolçunun yıxılması bir qədər şişirdilmiş görünsə də, hakim buna aldanıb penalti verməyərək böyük səhv edib”.

Həsən Quluzadə / İdmanxeber.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
idmanxeber.az

2Mənbələr