Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin Moskvadakı şəxsi iqamətgahı satışa çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, iqamətgah Kuzminki rayonunda yerləşir və 5000 kvadratmetrdən çox sahəni əhatə edir:
“İnteryerlər 1990-cı illərin üslubundadır: mebel, xalçalar və iri ölçülü dəri divanlarla bəzədilib. Əraziyə hər biri təqribən 500 kvadratmetr olan dörd bina, 50 avtomobil üçün dayanacaq və küknar ağacları daxildir. Torpaq 2052-ci ilə kimi icarədədir və bütün ərazi müşahidə kameraları ilə təchiz olunub. Əmlak 800 milyon rubl (16.7 milyon manat) dəyərində qiymətləndirilib”.
Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci ilin aprelin 6-da Moskvada vəfat edib.