"Bakının Pirşağı qəsəbəsində ağır şəraitdə yaşayırdıq. İndi doğma yurdumuzda evimizin açarını təhvil aldım”.
APA xəbər verir ki, bunu bu gün Xocalının Təzəbinə kəndinə köçən sakin İlhami Fərəcov deyib.
“Bu gündən sonra doğma yurdumda yaşayacam. Yurdumuzun dirçəlməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Prezidentimiz, qazilərimiz var olsun”, İ. Fərəcov bildirib.