ain.az, 525.az saytına istinadən bildirir.
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Sante həbsxanasında keçirdiyi ilk gündəcə ölümlə hədələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hədə dolu videogörüntü sosial şəbəkədə paylaşılıb.
Həbsxana rəhbərliyi videonu yayan 3 məhbusu izolə edib. Onlar sabiq prezidenti təhqir etməklə yanaşı öldürəcəklərini bildiriblər. Axtarış zamanı onlardan mobil telefon götürülüb. Baş verənlərlə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Sarkozinin təhlükəsizliyi üçün ona 2 silahlı polis təhkim edilib. Polislər kamera qarşısında keşik çəkməklə yanaşı gəzinti, məşq və kitabxanada mütaliə zamanı onu müşayiət edəcəklər.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.