Bu gün bizim minaların nələr edə biləcəyinə şahidlik etmək üçün fürsətimiz oldu.
APA xəbər verir ki, bunu Füzulidə beynəlxalq səyyahlarla birgə minatəmizləmə prosesini müşahidə edən almaniyalı səyyah Torsten Salaske deyib.
“Bu gün biz real vəziyyətdə mina partlayışı gördük. Siz indi daha güclü silahların nələrə qadir ola biləcəyini bir özünüz fikirləşin. Bu əraziləri minalardan təmizləməklə həqiqətən çox yaxşı iş görürlər. Ümid edirəm ki, sülh bərqərar olacaq”, - səyyah qeyd edib.