AZ

“Football Meets Data”nın “Qalatasaray” təxmini

Süni intellekt platforması “Football Meets Data”, UEFA Çempionlar Liqasının qrup mərhələsindəki son vəziyyətə əsaslanaraq yenilənmiş proqnozlarını açıqlayıb. Platformanın analizinə görə, liqa mərhələsinin sonunda ilk 8 və ilk 24-də yer alacaq komandalar müəyyənləşib.

Vaxt.AZ xəbər verir ki, reytinq cədvəlində Türkiyəni təmsil edən yeganə komanda “Qalatasaray”ın mövqeyi diqqət çəkib.

 

İlk 8-likdə olan komandalar

 

Proqnoza əsasən ilk 8 yeri bu komandalar tutur: “Arsenal”, “Paris Saint-Germain”, “İnter”, “Bavariya”, “Real Madrid”, “Mançester Siti”, “Liverpul” və “Barselona”.

İlk 8-ə qalma ehtimalı ən yüksək komanda isə 96%-lə İngiltərə təmsilçisi “Arsenal” olub.

 

Pley-off mərhələsinə yaxın olanlar

 

9–24-cü yerlər arasında isə bu komandalar qərarlaşıb: “Çelsi”, “Borussiya Dortmund”, “Nyukasl Yunayted”, “Tottenhem”, “Sportinq”, “Atletiko Madrid”, “Qalatasaray”, “Napoli”, “Atalanta”, “Yuventus”, “Marsel”, “Klub Brügge”, “Qarabağ”, “PSV” və “Vilyarreal”.

 

“Qalatasaray”ın mövqeyi və ehtimallar

 

Süni intellektin hesablamasına görə, 6 xal toplayan “Qalatasaray” Çempionlar Liqasının liqa mərhələsini 15-ci sırada başa vuracaq.

Komandanın ilk 24-lükdə yer alma ehtimalı 85%, ilk 8-likdə isə 8% olaraq dəyərləndirilib.

 

“Qalatasaray”ın oyun qrafiki

 

Sarı-qırmızılılar Çempionlar Liqasının ilk turunda 18 sentyabrda Almaniyada “Ayntraxt Frankfurt”la qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub. Daha sonra isə “Liverpul” və “Bodo/Glimt” üzərində qələbə qazanaraq liqa mərhələsində önə çıxıb.

Seçilən
122
vaxt.az

1Mənbələr