AZ

Rusiyada velosipedlə səyahət edən fransız cəzadan azad olunub

Moskva, 23 oktyabr, AZƏRTAC

Rusiyanın Primorsk diyarında Sərhəd rayon məhkəməsi velosipedlə səyahət edən fransız Sofian Sehili dövlət sərhədini qanunsuz keçmə ittihamı ilə cərimələyib, amma sonra onu cəzadan azad edib.

AZƏRTAC xəbər verir ki, bu barədə regionun birləşmiş məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Sofian Sehili müvafiq icazə olmadan dövlət sərhədini keçməklə bağlı Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib. Məhkəmə fransızı 50 min rubl cərimələyib, lakin onun sentyabrın 4-dən oktyabrın 20-dək həbsdə qaldığı vaxtı nəzərə alaraq, velosipedçi cəriməni ödəməkdən də azad edilib. Onun barəsində həbs qətimkan tədbiri ləğv edilib, Sehili məhkəmə zalında azadlığa buraxılıb.

Sehili sentyabrın əvvəlində Avrasiyada velosiped sürmək üzrə dünya rekordunu qırmağa cəhd edərkən saxlanılıb. FSB-nin Primorsk diyarı üzrə Sərhəd İdarəsi tərəfindən ona qarşı cinayət işi açılıb.

Səyyahın internet saytında onun Fransanın cənub-qərbində yaşadığı və 2010-cu ildən bəri 200 min kilometrdən çox məsafədə velosiped sürdüyü, beş qitənin 50-dən çox ölkəsində olduğu bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
4
1
azertag.az

2Mənbələr