AZ

Hansı dərman hansı qida ilə birlikdə yeyilməməlidir?

Bəzi qidalar qəbul etdiyimiz dərmanların təsirini zəiflədə və ya gücləndirərək sağlamlığa mənfi təsir göstərə bilər.

 

Pravda.az bildirir ki, sarımsaq, qreyfrut, ispanaq, banan, süd və qatıq kimi qidalar bəzi dərmanlarla uyğun gəlməyə bilər.

 

Məsələn, süd məhsullarındakı kalsium bəzi antibiotiklərin sorulmasını azalda bilər. Bundan əlavə, dəmir tərkibli qidalarla südün birlikdə qəbulu dəmirin sorulmasını zəiflədir. Bu səbəbdən, dərman qəbul edən şəxslərə mütləq həkim və ya diyetoloqla məsləhətləşmək tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 23 Oktyabr 2025, 14:30   
Seçilən
20
pravda.az

1Mənbələr