AZ

“Çoxdanışan “sülhməramlı” müharibə yoluna qədəm qoyub” – Medvedev Tramp haqqında


“Trampın Budapeşt sammitini ləğv etməsi, ABŞ-nin yeni sanksiyalar tətbiq etməsi Rusiyaya qarşı müharibə atkıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev rəsmi “Telegram” kanalında yazıb.
“Çoxsaylı şərhçilərdən hər hansı birinin hələ də hər hansı bir illüziyası varsa, buyurun. ABŞ bizim düşmənimizdir və onların çoxdanışan “sülhməramlısı” indi tam şəkildə Rusiyaya qarşı müharibə yoluna qədəm qoyub”, - sabiq prezident bildirib.
Onun sözlərinə görə, Trampa haqq qazandırmaq da artıq əsas fikri dəyişmir.
“Əlbəttə, indi deyəcəklər ki, o, başqa cür edə bilməzdi, o, konqresdə təzyiqlərə məruz qalırdı və s. Ancaq bu, əsas fikri dəyişmir: qəbul edilən qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp ağılını itirmiş Avropa ilə tam həmrəydir”, - o əlavə edib.
Seçilən
60
1
yeniavaz.com

2Mənbələr