
Rusiya Prezidenti Vladimir Putinin komandanlığı altında strateji nüvə silahları ilə təlimlər keçirilib.
Missiya.Az xəbər verir ki, təlimdə dəniz, hava və quru qoşunları iştirak edib.Təlim çərçivəsində “Yars” qitələrarası ballistik raketləri qurudan, “Sineva” ballistik raketi isə Barents dənizindəki nüvə sualtı qayığından buraxılıb. Həmçinin nüvə başlıqları daşıya bilən qanadlı raketlər bombardmançı təyyarələrdən atılıb.
Rusiya Prezidenti Vladimir Putin təlimləri videokonfrans vasitəsilə izləyib. Baş Qərargah rəisi Valeri Gerasimov isə ona təlimlə bağlı məlumat verib.
Seyranə QuliyevaMissiya.Az