Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) 3:1 hesabı ilə məğlub olub.
Ölkə.Az-ın məlumatına görə, qarşılaşmanın 77-ci dəqiqəsində "atlılar" hücuma çıxarkən ispanların müdafiəsi topu təhlükəli zonada uzaqlaşdırır. Top isə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevə tərəf gələn zaman o, üzünü çevirərək komanda yoldaşına qəzəbini ifadə edir və ondan ötürmə gözlədiyini bildirir. Nəticədə Ağdam təmsilçisi fürsətdən yararlana bilmir.
"Atlılar"ın baş məşqçisi Qurban Qurbanov isə Elvinin bu hərəkətinə əsəbiləşir. Onun hiddətlənməsi mobil telefonun obyektivinə tuş gəlib.
Həmin görüntüləri təqdim edirik: