AZ

Azərbaycanın humanitar yük idxalı və ixracı azalıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 28,9 milyon ABŞdolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardımvə hədiyyə idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 31,9 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.

Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi0,17% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycandan 3,2 milyon ABŞ dolları dəyərində humanitar yük,təmənnasız kömək, texniki yardım və hədiyyə ixrac edilib ki, bu daötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 428 min ABŞdolları və ya 11,6% azdır.

Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi0,02% təşkil edib.

Seçilən
10
az.trend.az

1Mənbələr