AZ

Yeni Zelandiyada 100 mindən çox insan tətilə başlayıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Yeni Zelandiyada müəllimlər, tibb işçiləri, həkimlər, yanğınsöndürənlər və digər sahələrin 100 mindən çox əməkdaşı tətilə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu, Yeni Zelandiyada son onilliklərin ən böyük tətilidir. Tətil iştirakçıları dövlət sektoruna maliyyə dəstəyinin artırılmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, 2023-cü ildə hakimiyyətə gələn mühafizəkar hökumət dövlət xərclərini azaltmaqla büdcədə profisitə nail olmağa çalışır.

Dövlət xidmətləri naziri Cudit Kollinz tətili ədalətsiz, səmərəsiz və lazımsız adlandırıb. Lakin buna baxmayaraq, hökumət danışıqlara hazır olduğunu bildirib.

Seçilən
129
1
azertag.az

2Mənbələr