AZ

Jirinovskinin iqamətgahı İNANILMAZ QİYMƏTƏ satılır

Rusiyanın paytaxtı Moskvada Rusiya Liberal Demokrat Partiyasının (RLDP) qurucusu Vladimir Jirinovskinin şəxsi evi kimi tanınan iqamətgah satışa çıxarılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. Qeyd olunur ki, obyekt 800 milyon rubl (16.7 milyon manat) qiymətləndirilib. Lot daşınmaz əmlak saytlarından birində yerləşdirilib. Kompleks Kuzminki ərazisində yerləşir və 5 min kvadratmetrdən çox sahəni əhatə edir. Binanın daxili 90-cı illərin üslubunda tərtib edilib: ağır mebellər, xalçalar və iri dəri divanlar. Ərazi hər biri təxminən 500 kvadratmetr olan dörd korpusdan, 50 avtomobillik dayanacaqdan və mavi küknar ağacları olan bir sahədən ibarətdir. Torpaq 2052-ci ilə qədər icarədədir, bütün ərazi nəzarət kameraları ilə təchiz edilib. Məlumata görə, obyekt uzun illər Vladimir Jirinovskinin qapalı iqamətgahı hesab edilib: jurnalistlər və kənar şəxslərin bura girişi qadağan edilib. Yerli sakinlərin sözlərinə görə, mühafizə 24 saat fəaliyyət göstərib və hətta marağı olan şəxsləri qovmaq üçün səsucaldanlardan istifadə edib. Malikanənin yaxınlığında bir müddət nümayəndəlik avtomobilləri görünsə də, 2025-ci ilin yayında mühafizənin artıq olmadığı və içəridə təmir işlərinin aparıldığı meydana çıxıb. Sənədlərə əsasən, daşınmaz əmlak Qorki adına sovxoza məxsus olub. Bu qurum öz növbəsində Jirinovskinin ən yaxın silahdaşı, 2024-cü ilin iyulunda xüsusilə böyük miqyasda dələduzluqla bağlı işdə həbs edilmiş Sergey Abeltsevin ailəsi ilə bağlıdır. (Oxu.Az)

Seçilən
44
1
bakuinfo.net

2Mənbələr