Məlumata əsasən, dördüncü nəsil çatdırılma robotlarının kütləvi istehsalı artıq başlayıb. Əvvəlki nəsillərə nisbətdə bu növün istehsal texnikası çox sadə, xərci daha az, funksional imkanları isə daha genişdir. Çıxarıla bilən akkumulyatora malik, hər cür yol və hava şəraitinə, yağıntıya davamlı yeni robotlar100% enerji ilə 70 kilometrədək məsafə ötə bilir:

"Dördüncü nəslin yük bölməsi ikihissəlidir, beləliklə, bir səfərdə iki sifarişi lazımi ünvanlara apara bilir. Bu həm çatdırılmanın səmərəliliyi, həm də vaxta qənaət deməkdir. Yeni robotlar gələn ay noyabrında küçələrə çıxacaq".
![]() |
| "Amazon" yüz minlərlə işçini robotla əvəzləyəcək |
Şirkətin avtonom çatdırılma robotları departamentinin rəhbəri Marat Mavlyutov bu gün baş tutan "Yandex Physical AI Conf" konfransında söyləyib ki,artıq beşinci nəslin də hazırlanması üzrə işlər başlayıb.
"Yandex"in sözügedən robotları ilk dəfə 2019-cu ildə Moskvada istifadəyə verilib.2025-ci ilədək robotlar 250 mindən çox sifarişin çatdırılmasını həyata keçiriblər.
Firudin Həmidli
AzVision.az
