Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 19-cu raundu çərçivəsində 21 şəxsi və 41 təşkilatı qara siyahıya salıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc edilmiş Aİ Şurasının qətnaməsində deyilir.
“Qara siyahı”ya digərləri ilə yanaşı, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavininin köməkçisi Oleq Osipov, Ali İqtisadiyyat Məktəbinin rektoru Nikita Anisimov, “Yunarmiya” hərəkatının Baş Qərargah rəisi Vladislav Qolovin də daxildir.
Belə ki, Aİ-nin Rusiyaya qarşı sanksiya siyahılarına indi 1980 fiziki şəxs və 683 təşkilat daxildir.
Məryəm Quliyeva