AZ

Zaxarovadan azərbaycanlı milyarderin şirkəti ilə bağlı açıqlama

BAKI, 23 oktyabr. TELEQRAF

“ABŞ Maliyyə Nazirliyinin “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı yeni sanksiyaları Rusiya üçün heç bir problem yaratmayacaq”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat qeyd edib ki, Moskva belə bir qərarı əks-məhsuldar hesab edir:

“Amma ABŞ Maliyyə Nazirliyinin qərarı bizim üçün heç bir xüsusi problem yaratmayacaq. Rusiyanın məhdudiyyətlərə qarşı immuniteti formalaşıb”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi neft hasil edən “Rosneft” və “Lukoyl” şirkətlərini, həmçinin bu şirkətlərin 34 törəmə müəssisəsini Amerika sanksiyalarının yeni paketinə daxil edib.

“Lukoyl” şirkətinin sahibi azərbaycanlı milyarder Vahid Ələkbərovdur.

Seçilən
34
teleqraf.com

1Mənbələr