2032-ci ildə Brisben şəhərində keçiriləcək Yay Olimpiadasının təşkilat komitəsi Kayak və Kano yarışlarının Kvinzlend ştatındakı Fitzroy çayında keçirilməsini təsdiqləyib. Qeyd edək ki, çay timsahlarla doludur.
Musavat.com xəbər verir ki, bu qərar artıq beynəlxalq idman federasiyaları tərəfindən narazılıqla qarşılanıb.
Avstraliya Qayıqçılar Assosiyasının direktoru Sara Kuk bildirib ki, Fitzroy çayı beynəlxalq standartlara uyğun deyil, çünki orada çoxsaylı axar sular və təhlükəli yırtıcılar mövcuddur.
“Timsahlar xarici idmançıları qorxuda bilər,” - deyə Sara Kuk etiraf edib.
Buna baxmayaraq, Avstraliyalı idmançılar görünür ki, belə təhlükəli şəraitə artıq öyrəşiblər.
Musavat.com