AZ

Fransada daha bir muzeydə oğurluq

Fransanın şimal-şərqində, Langres şəhərində yerləşən "Denis Diderot" İşıqlanma Evi Muzeyindən təxminən 2 min ədəd 18-19-cu əsrlərə aid metal pul oğurlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Hadisə, Luvr Muzeyindəki 88 milyon avro dəyərindəki soyğunundan cəmi bir neçə gün sonra baş verib.

Muzey işçiləri bazar ertəsi səhər bina giriş qapısının sındırıldığını və vitrinin parçalandığını aşkar ediblər. Oğurlanan kolleksiyanın 2011-ci ildə bina yenilənərkən tikinti işçiləri tərəfindən tapılan "xəzinə kolleksiyası" olduğu bildirilib.

Rəsmi şəxslərin dediyinə görə, oğrular yalnız dəyərli parçaları hədəfləyiblər, muzeydəki digər eksponatlar olduğu kimi qalıb. Oğurlanan 1,633 gümüş və 319 qızıl metal pulun ümumi dəyərinin təxminən 90 min avro olduğu hesab edilir.

Langres bələdiyyəsi soyğunun “planlaşdırılmış və hədəfli” bir hücum olduğunu açıqlayıb. Hadisədən sonra muzey müvəqqəti bağlanıb, təhlükəsizlik sistemləri yenilənənədək gecə nəzarəti üçün xüsusi təhlükəsizlik şirkəti işə götürülüb.

Seçilən
39
operativmm.az

1Mənbələr