AZ

Mariya Zaxarova: Fransa Rusiya ilə qarşıdurmaya hazırlaşır

BAKI, 23 oktyabr. TELEQRAF

“Fransa Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır və Ukrayna münaqişəsinin eskalasiyasına yönəlmiş siyasət yürüdür”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bəyan edib.

“Onların əməlləri göstərir ki, Parisdə məqsədyönlü şəkildə Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşırlar və Ukrayna münaqişəsini daha da gərginləşdirməyə çalışırlar”, - o qeyd edib.

Zaxarova iddia edib ki, Fransa hazırda ciddi sosial-iqtisadi çətinliklərlə üzləşib və uzun sürən daxili siyasi böhrandan çıxa bilmir.

Seçilən
29
2
teleqraf.com

3Mənbələr