“Azarkeşlərin təzyiqi həddən artıq idi”.
NOCOMMENT.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis “Qarabağ”ın İspaniyanın “Atletik” klubu ilə matçda məğlubiyyətini şərh edərək deyib:
“Razı qaldığım bu oldu ki, komandam sona qədər vuruşdu. Əlbəttə ki, səhvlərimiz oldu. Amma məğlub olmamaq imkanımız var idi. Oyun bərabərə də bitə bilərdi”.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Daha ətraflı Baku TV-nin süjetində: